14 Mart 2020 01:16
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlverişsiz hava şəraiti, sel və daşqınlar nəticəsində Misir paytaxtının Helvan rayonunda qəzalı vəziyyətdə olan yaşayış binasının çökməsi nəticəsində 7 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, hadisə ilə əlaqədar Qahirə prokurorluğu təhqiqat aparır.
Misirin Sosial Həmrəylik Nazirliyi qəza bölgəsinə Qırmızı Aypara Cəmiyyətinin xilasetmə dəstəsini göndərib. Yaralanan sakinlərə tibbi və ərzaq yardımları göstərilib.

Qahirənin Əl-Zarayeb rayonunda da güclü külək və sel nəticəsində evsiz-eşiksiz qalmış 250 ailəyə ərzaq və çadırlar göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər