27 Sentyabr 2014 14:34
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının enerji üzrə komissarı Günter Öttinger Berlində keçirilən təbii qaz təchizatı ilə bağlı müzakirələrdə Avropa və Ukraynanın qarşıdan gələn qış fəsli üçün qaz təminatını ödəmənin yollarından danışıb.

ANS PRESS-in Avropa Komissiyasının mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, o deyib ki, bütün tərəflər üçün ədalətli qərar yeni razılaşma əldə etmək və Ukrayna ilə Avropanın qış fəsli üçün qaz təminatını ödəməkdir.

Yeni təklifə əsasən, Ukrayna hər 1000 kubmet qaz üçün 268.5$ ödəməlidir. Ödənişin ilkin hissəsi, yəni 2 milyard dolları oktyabrın sonunda ödəniləcək, qalan 1,1 milyard dolları isə ilin axırına keçiriləcək.

"Qazprom" və "Naftogaz" satış üçün ən azı 5 milyard kubmetr təbii qaz nəzərdə tutmalı və qiyməti 385 $ / 1000 kubmetr olaraq saxlamalıdır. Ehtiyac olduğu halda daha çox qaz sifariş etmək üçün imkan da olmalıdır. Beş milyard kubmetr qaz Ukrayna üçün qarşıdakı qışa görə hesablanmış minimum həcmdir.

Təklifin detalları ölkələr arasında müzakirə olunacaq və bəlkə də, yeni üçtərəfli görüşlərin əsasını qoyacaq. Razılıq əldə olunarsa, təklif bütün tərəfləri bir-biri ilə bağlayacaq. Bu cür daxili razılaşma labüddür, belə ki, Rusiya və Ukrayna yeni qiymətlərin müəyyən olunması üçün Stokholm Arbitraj Məhkəməsinə müraciət etmişlər və yeni qiymətlərin yalnız gələn il üçün məlum olacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər