Koalisiya ordusuna terrorçuların yerləşdiyi ərazinin koordinatlarını verən və Suriyada fəaliyyət göstərən humanitar yardım təşkilatının başçısı olan bir şəxs özü-özünü deşifrə edib.
Axar.az xəbər verir ki, Oskar Bergamin adlı bu şəxs koalisiya ordusuna verdiyi terrorçuların yerləşdiyi ərazinin koordinatlarını özünün Tvitter hesabında paylaşıb. Araşdırmalardan sonra məlum olub ki, 2013-cü ilin iyulundan Suriyada fəaliyyətə başlayan “Ash-Sham CARE” adlı humanitar təşkilatın başçısı olan bu şəxs bir müddətdir ki, terrorçuların koordinatlarını verməklə məşğul imiş.
Xatırladaq ki, dünən gecə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın Tikrit şəhəri yaxınlığındakı Əl-Avja kəndində İŞİD hədəfləri yerinə İraq əsgərlərinin yerləşdiyi mövqeləri bombalayıb. ABŞ-ın bu səhvi nəticəsində 70 İraq əsgərinin həlak olduğu bildirilir.