18 Mart 2020 12:18
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp İllinoys və Florida ştatlarında keçirilən praymerizlər nəticəsində Respublikaçılar Partiyasından növbəti prezidentlik müddətinə namizəd olmaq üçün kifayət qədər nümayəndənin səsini alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Fox News” xəbər verir.

Kanalın məlumatına görə, ABŞ-ın hazırkı prezidenti 1276-dan çox səs toplayıb. Bununla da Tramp 2016-cı ildəki göstəricini iki ay əvvəl əldə etmiş olub.

Martın əvvəlində Tramp Aydaho, Vaşinqton, Missisipi, Missuri, Miçiqan, həmçinin Alabama, Vermont, Massaçusets, Oklahoma, Şimali Karolina, Tennessi, Men və Texasda keçirilən praymerizlərdə qalib gəlmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər