18 Mart 2020 17:54
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın aparıcı beyin mərkəzi olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qanunsuz seçkiləri pisləyən bəyanat yayıb.

Bu barədə Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Xalid Taimur Akram qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı Azərbaycanın təhlükəsizliyi üçün nəzərəçarpan təhdidə səbəb olub:

“Azərbaycan regionda böyük əhəmiyyətə malik ölkədir. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər diqqət və vasitəçilik səylərinin olmaması iki ölkə arasında münaqişənin kəskinləşməsinə və bununla da Cənubi Qafqaz regionunda vəziyyətin destabilizasiyasına səbəb ola bilər”.

Mərkəzin rəhbəri Ermənistanı və müttəfiqlərini Dağlıq Qarabağda xaos yaratdıqları və minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə səbəb olduqları üçün tənqid edib.

O bildirib ki, Dağlıq Qarabağ Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmazdan əvvəl Azərbaycanın çox yaxşı inkişaf etmiş regionlarından biri olub, lakin indi burada vəziyyət durğundur:

“Qanunsuz nəzarət region üçün heç bir fayda verməyib. Mən beynəlxalq medianı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına və çox sayda azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə diqqət ayırmağa çağıram. Azərbaycan xalqının təhlükəsizlik və suverenliyinin təmin olunması üçün Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən tez bir zamanda çıxarılmalıdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər