Türkiyə Baş naziri Əhməd Davudoğlu 62-ci hökumətin ilk işinin ölkədə hicaba qarşı qoyulan qadağalarla bağlı olduğunu bildirib.
Axar.az xəbər verir ki, Davudoğlu hicaba qarşı qərarların əbədi olaraq tarixə qərq olacağını deyib.
Baş nazir orta təhsil müəssisələrində də hicabın sərbəst olacağını vurğulayıb:
"Bu millətimizin iradəsidir və bu iradədən geri addım əsla olmayacaq".