Mərkəzi Amerika ölkəsi Salvadorda koronavirus səbəbindən kütləvi məzarların qazılmasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, ölkə başçısı Nayib Bukele Metapan şəhərində bir nəfərdə “Kovid-19” virusunun təsbit edildiyini açıqlayıb.
Bukele həmin şəxsin bir neçə gün əvvəl İtaliyadan qayıtdığını deyib.
Xəstənin indiyədək virusu neçə nəfərə yoluxdurduğunun məlum olmadığını bildirən dövlət başçısı həmin insanların müəyyənləşdirilib anliz ediləcəyini söyləyib.
Bukele paytaxt San Salvadorda 2300 nəfərlik xəstəxanın virus riskinə qarşı hazırlandığını vurğulayıb.
Koronavirusun təsbit edildiyi 1 nəfərin həyatını itirməsi ilə ən pis ehtimallara qarşı kütləvi məzarların qazılmasına başlanılıb.