Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Onun sözlərinə görə, son 24 saat ərzində 2 953 nəfər testdən keçib. Nazir analiz verən şəxslərdən 277-nin nəticəsinin pozitiv çıxdığını söyləyib.
Bununla da koronavirusa yoluxanların sayı 947-yə çatıb.