24 Mart 2020 16:56
1 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Suriyaya səfərdən sonra yeni növ koronavirus infeksiyası (COVID-19) testindən keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Zvezda” telekanalı məlumat yayıb.

Alınan nümunələrin mənfi nəticə verdiyi qeyd edilir.

Telekanal, həmçinin Suriyaya səfər edən nümayəndə heyətinin bütün üzvlərinin tibbi testdən keçdiyini bildirib.

Bundan öncə Sergey Şoyqunun Rusiya lideri Vladimir Putinin tapşırığı ilə Dəməşqdə Suriyanın dövlət başçısı Bəşər Əsədlə görüşdüyünə dair məlumat yayılmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər