İspaniyada koronavirus infeksiyasına yoluxanların sayı 40 min nəfərə yaxınlaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 24 mart tarixinə 39 673 xəstədə koronavirus aşkar edilib.
Epidemiya başlayandan bəri 2696 nəfər həyatını itirib, onlardan 514-ü son 24 saat ərzində vəfat edib.
2,6 min xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir, 3,8 min adam sağalıb.