26 Mart 2020 12:44
2 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi dərhal hərəkətə keçməlidir. Gec qalan cavabların bir faydası olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri İtaliya Baş naziri Konte ölkə parlamentində çıxışı zamanı bəyan edib.

Baş nazir hesab edir ki, müşahidə edilən böhrana qarşı Avropanın cavab verməsi lazımdır. Baş nazir İtaliya olaraq avro regionunda ortaq borclanma instrumentinin hazırlanması üçün çalışdıqlarını da dilə gətirib.

Xatırladaq ki, Kovid-19 pandemiyasından ən çox əziyyət çəkən dövlət İtaliyadır. Epidemiya səbəbindən bu ölkədə ölənlərin sayı 6 mini keçib. İtaliyaya indiyə qədər Çin və Rusiya köməklik edib. Avropa Birliyi isə İtaliyaya köməklik göstərmək əvəzinə “müdrikcəsinə” susur.


Müəllif: Cavad