Yaraqlılar atəşkəs zonasında fəal hücum əməliyyatlarını davam etdirirlər.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk məlumat verib. Onun sözlərinə görə, rus separatçıları sutka ərzində Ukrayna qoşunlarının mövqelərini 50 dəfə atəşə tutublar: “Xüsusilə Dobansev və Trudovsk rayonlarında vəziyyət gərgin olaraq qalır. Yaraqlılar müxtəlif tipli silahlardan yaşayış məntəqələrini atəşə tuturlar. Bu hücumlar xüsusən Donetsk hava limanı ətrafında həyata keçirilir”.
Timçuk qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu və Ukrayna tərəfinin itkisiz ötüşdüyünü qeyd edib.
Samir