28 Mart 2020 11:06
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVİD-19 epidmiyasının ilk dəfə ortaya çıxdığı və dünyaya sürətlə yayıldığı Çinin Vuhan şəhərində həyat normal vəziyyətə dönür.

Teleqraf.com “Röyter” agentliyinə istinadən xəbər verir ki, rəsmi Pekinin karantin qadağalarının tədricən qaldırıldığı Vuhan şəhərində artıq metro və qatar səfərləri yenidən əhalinin xidmətinə açılıb.

“Röyter”in çəkdiyi fotolardan bəlli olur ki, uzun fasilədən sonra metronun ilk iş günündə ondan istifadə edən insanların ağzında qoruyucu maskalar var.

Qeyd edək ki, Vuhana daxil olmaq qadağası artıq ləğv edilib. Şəhərdən çıxışa qadağa isə aprelin 8-də ləğv ediləcək.


Müəllif: Teleqraf.com