29 Mart 2020 15:23
8 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsilli fransız siyasətçi, keçmiş nazir Patrick Deveсyan koronavirusdan həyatını itirib.

Teleqraf.com xəbər verir ki, siyasətçi bir neçə gün əvvəl koronavirus aşkar edildikdən sonra xəstəxanaya yerləşdirilib.

Politoloq Zaur Məmmədovun sözlərinə görə, onun səyləri nəticəsində 2000-ci illərin əvvəllərində Fransada qondarma erməni soyqırımını inkar edənlərə qarşı cinayət məsuliyyətinə cəlb edilmə qanunu qəbul edilib:

“Patrik Devecyan həm də bütün həyatını ASALA terror təşkilatı üzvlərinin hüquq və maraqlarının müdafiəsinə həsr etmişdi. Jak Şirakın dövründə - 2002-2005-ci illərdə nazir, daha sonra Sarkozinin məsləhətçisi də olub”.

Devecyanın 75 yaşı var idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər