29 Mart 2020 19:55
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada gün ərzində yeni növ koronavirusdan ölənlərin sayı 200-dən çox artaraq 1 228 nəfərə çatdı.

Teleqraf.com-un məlumatına görə, bu barədə krallığın Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, ümumilikdə COVİD-19 virusuna yoluxmuş xəstələrin sayı ölkədə 19 522 nəfərdir.

Britaniya hökumətində etiraf edirlər ki, yoluxmuş şəxslərin real sayı təsdiqlənmiş halların sayından xeyli çox ola bilər, çünki analizlər yalnız xəstəxanalarda olan pasiyentlərdə aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər