Suriyada koronavirusa yoluxduğu təsdiq edilən bir nəfər qadın xəstəxanaya çatdırılandan sonra keçinib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu, ölkədə koronavirusdan ilk ölüm hadisəsidir.
Qeyd edək ki, koronavirusa ilk yoluxma halı 6 gün əvvəl qeydə alınan Suriyada virusun yayılmasına qarşı tədbirlər çərçivəsində ötən həftədən etibarən ciddi karantin rejimi, o cümlədən axşam saat 6-dan səhər saat 6-dək küçəyə çıxmamaq qadağası tətbiq olunub.