30 Mart 2020 14:07
5 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Yaxın Şərq və Şimali Afrikada maraqlarını fəal şəkildə həyata keçirir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Boris Dolqov deyib.

Ekspert Ankaranın Liviyanın legitim Milli Sülh Hökuməti (PNC) ilə Liviyada neft yataqlarının istismarı hüququnu əldə edən bir müqavilə bağladığını qeyd edib:

“Türkiyə hərbçilərinin Liviyada yerləşdirildiyi təsdiqlənmiş bir həqiqətdir. Bəli, Haftarın ordusu indi hərbi baxımdan üstündür. Ancaq güman etmək olar ki, Türkiyə Liviyada fəal şəkildə fəaliyyət göstərməyə və maraqlarını həyata keçirməyə davam edəcək. Məncə, daha mülayim bir seçim hələ gündəmdə deyil”.

Dolqov Türkiyənin qiyamçı Haftar ordusuna qarşı Liviyadakı hərbi qüvvələrinin sayını artıracağını istisna etməyib.

Rus mediası xatırladır ki, Türkiyə yanvar ayında paytaxt Tripoliyə fəal şəkildə hücum edən general Xəlifə Haftarın komandanlığı altındakı qüvvələrə qarşı Milli Sülh Hökumətinə verdiyi dəstəyini artırmağa başlayıb. Bu məqsədlə bölgəyə 2 mindən çox canlı qüvvənin göndərildiyinə diqqət çəkilib.

Liviyada yerləşdirilən türk qoşunlarının əsas bazası Liviyanın paytaxtı Tripolidəki beynəlxalq hava limanı yaxınlığında - Mitiqdə yerləşdirilib. Orada Pilotsuz Uçan Aparatları idarəetmə məntəqələri də mövcuddur. Üstəlik, yanvar ayında hücumların sayını artıran qiyamçı Haftar ordusuna qarşı hava hücumundan müdafiə sistemlərindən də istifadə olunduğu qeyd edilib.

Məlumatda vurğulanıb ki, hava limanı ərazisində “MIM-23 Hawk” zenit-raket sistemi və “AN / MPQ-64 Sentinel 3D” radarı görünüb. Bu, Ankarada mövcud olan bu kompleksin ən müasir modifikasiyasıdır.

Bölgəyə dislokasiya edilmiş türk PUA-ları hədəfləri 18 km hündürlükdən vura bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər