“Son iyirmi dörd saat ərzində test üçün nümunə götürülüb. Test nəticəsində daha bir hərbçiyə koronavirus diaqnozu qoyulub”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşanik Stepanyan məlumat verib.
“Bununla həmin hərbi hissədə koronavirusa yoluxanların sayı 6 nəfərə çatıb. Koronavirus təsbit edilən hərbçi xəstəxanaya yerləşdirilib”, - Stepanyan qeyd edib.