Böyük Britaniya kraliçası II Yelizavetanın köməkçilərindən biri yeni növ koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, krallıqda çalışan əməkdaşın II Yelizaveta ilə sıx təmasda olduğu, onun yeməklərini və məktublarını verdiyi, itini gəzdirdiyi məlum olub. Britaniya krallığına yaxın olan mənbə "The Sun" qəzetinə açıqlamasında hamının qorxu içində olduğunu bidirib:
"Hazırda hamı qorxu və təşviş içərisindədir, təkcə özlərinə görə yox, kraliça və həyat yoldaşı Filipə görə də. Kraliça və şahzadə Filipin ətrafında olan hamı koronavirus testindən keçməlidir. Əminəm ki, test ediləcək. Hamı qorxu içindədir".
Bukingem sarayının sözçüsü II Yelizavetanın səhhətinin qaydasında olduğunu və bütün tövsiyələrə əməl edildiyi barədə açıqlama yayıb.
Qeyd edək ki, kraliça və həyat yoldaşı Londondakı rəsmi iqamətgahından Vindzor qəsrinə köçüblər.