31 Mart 2020 17:04
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamdan ölkələrinə təxliyə olunan Ukrayna vətəndaşları koronavirus epidemiyası çərçivəsində karantinə düşməmək üçün hava limanından qaçıblar.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə Ukrayna vətəndaşları 14 günlük karantin rejimindən “xilas” olmaq üçün Borispol hava limanından qaçdığı əks olunub. Hadisə yerinə polis gəlsə də, bəzi ukraynalılar karantindən qaça biliblər.

Qeyd edək ki, koronavirus səbəbindən Ukrayna xarici ölkələrdə olan 114 min vətəndaşını ölkəyə qaytarıb. Ölkəyə daxil olanlar ötən gündən karantin rejiminə salınıblar. Buna qədər isə xaricdən gələnlərə evlərində izolyasiya olunması məsləhət görülürdü. Ölkədə 548 nəfər virusa yoluxub, 13 nəfər həyatını itirib.


Müəllif: Cavad

Oxşar xəbərlər