2 Aprel 2020 08:05
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Facebook və Instagram sosial şəbəkələrinin, həmçinin WhatsApp messencerinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.

Teleqraf.com-un məlumatına görə, bu barədə Downdetector servisinin saytinda bildirilib.

Nasazlıqlar barədə şikayətlər ən çox ABŞ (xüsusilə Nyu-York və Kaliforniya ştatlarında), Meksika, Argentina, Braziliya və Kolumbiyadan da gəlir.

Avropa ölkələrindəki istifadəçilər də problemlər barədə məlumat verirlər. Rusiyada Moskva və Sankt-Peterburq sakinləri problemlə üzləşiblər.


Müəllif: Teleqraf.com