İraq "Röyter" xəbər agentliyinin fəaliyyətinə qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, agentliyin ölkədə minlərlə şəxsin Covid-19-a yoluxduğu barədə yaydığı xəbərə görə İraqda fəaliyyətinə icazə verən lisenziyasına 3 aylıq məhdudiyyət tətbiq edilib.
"Röyter" agentliyi 20 min dollar cərimə də ödəməli olacaq. Agentlikdən həmçinin İraq xalqın üzr istəməsi tələb edilir.
Xatırladaq ki, "Röyter" agentliyi İraqda minlərlə şəxsin koronavirusa yoluxduğunu və rəsmilərin bu faktı gizlətdiyini iddia etmişdi. İraq Səhiyyə Nazirliyi isə sözügedən iddianı təkzib edib.