4 Aprel 2020 10:18
2 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı iş adamı İlon Maskın koronavirus üçün hazırladığı “hədiyyə qutusu” faydadan çox zərər verib.

Teleqraf.com xəbər verir ki, dünyaya yenicə yayılmağa başlayanda COVID-19 pandemiyasını “axmaqlıq” adlandıran Mask həftələr sonra bu fikrindən imtina edib.

Milyarder anbarlarında 1000 ədəd süni tənəffüs cihazının olduğunu, bunları Nyu-Yorkdakı xəstəxanalara bağışlayacağını açıqlayıb. Lakin iş adamının əlindəki cihazlardan yalnız 40-nı xəstəxanalara verdiyi məlum olub.

Ən böyük skandal isə Maskın xəstəxanalara verdiyi cihazların standartlara cavab verməməsi ilə bağlıdır. Mütəxəssislər Maskın hədiyyə etdiyi cihazların əslində virusu daha da geniş yaya biləcəyi üçün koronavirus xəstələri üçün istifadə olunmasına icazə verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər