4 Aprel 2020 13:08
3 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsilli amerikalı rokçu Serj Tankyan Tvitter sosial şəbəkəsindəki hesabının azərbaycanlı hakerlər tərəfindən ələ keçirildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, rokçu ələ keçirildikdən sonra onun adından sosial şəbəkə hesabında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək qeydi paylaşıldığını deyib.

Qeyd edək ki, Tankyan bundan əvvəl Tankyanın hesabında Dağlıq Qarabağın Azərbaycanlı İcmasına dəstək tviti paylaşılıb. Bu, icmanın martın 31-də Azərbaycanın işğal edilmiş bölgəsində keçirilən qondarma seçkilərə etiraz bəyanatı ilə bağlıdır.

Paylaşımdan sonra sosial şəbəkədə Serj Tankyana qarşı ermənilər tərəfindən boykot çağırışı edilsə də, rokçu buna gec cavab verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər