4 Aprel 2020 17:14
6 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvadorda qəbiristanlıq dolduqdan sonra polis cənazələri evlərin önünə qoymağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Ekvador dövlət başçısı Lenin Moreno rəqəmlərin gizlədildiyini açıqlayaraq, ölkədə koronavirus pandemiyasından 2500 nəfərin öldüyünü etiraf edib.

Ekvadorda ölümlərinin sayının artması səhiyyə sisteminin çökməsi ilə əlaqələndirilir. Bu və digər səbəblərdən də polislər cəsədləri küçələrə qoymağa başlayıb.

Rəsmi məlumatlara görə, ölkədə 3368 nəfər koronavirusa yoluxduğu halda, 145 nəfər bu səbəbdən həyatını itirib. Dövlət başçısı isə rəsmi qurumların rəqəmlərini gizlətdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər