5 Aprel 2020 12:43
2 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran istisna olmaqla, İranın digər vilayətlərində aprelin 11-dən etibarən az riskli iqtisadi xidmətlər və əmək fəaliyyətlərinə başlanacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, Tehran vilayətində isə əmək fəaliyyətləri 18 apreldən etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkətinə gəlincə, İran prezidenti qeyd edib ki, İranda vilayətlər arasında avtomobillərin hərəkəti aprelin 18-dən başlanacaq və həmin müddətədək məhdudiyyət öz qüvvəsində qalacaq.

Ruhani İranda orta məktəb və universitetlərin fəaliyyətinin 18 aprelədək dayandırıldığını xatırladaraq magistratura və doktorantura pilləsində təhsilin aprelin 18-dən bərpa ediləcəyini bildirib.

İran prezidenti koronavirusun çox yayılmadığı bəzi vilayətlərdə təhsil sektorunun fəaliyyətə başlamasına icazənin verildiyini deyib.


Müəllif: Nərgiz