İranda koronavirus infeksiyasına yoluxanların sayı 60 500 nəfərə çatıb ki, bunlardan 3 739-u ölümlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə bildirib.
“Son sutka ərzində koronavirus infeksiyasına 2274 yeni yoluxma hadisəsi aşkar edilib. Ümumilikdə yoluxanların sayı 60 500 nəfərə çatıb”, – deyə nazirin müşaviri “Tvitter”də yazıb. Əlavə edib ki, bu saya daxil olan 24 236 xəstə sağalıb.
Onun sözlərinə görə, son 24 saat ərzində 136 nəfər həyatını itirib ki, bunun nəticəsində İranda koronavirusun yayıldığı fevralın 19-dan bəri qurbanların ümumi sayı 3739-a çatıb.