ABŞ-ın liderliyi ilə həyata keçirilən hava hücumları ilə əlaqədar taktikasını dəyişdirən İŞİD sürətli bir şəkildə yerini dəyişdirir.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, suriyalı fəal Məhəmməd Nurəddin İŞİD-in hava hücumlarından sinra Hələb çölündəki bəzi bölgələrdə militanlarını geri çəkdiyini, barikadalarını qaldırdığını, Ahtarindəki bazalarını boşaldıb İhtimalat və Təl Rişaf kimi coğrafi baxımdan girilməsi çətin yerlərə çəkildiyini qeyd edib.
M.Nurəddin deyib ki, İŞİD-in Hələb çölündən çəkilmək kimi bir məqsədi yoxdur: "Üstəlik bölgədə nəzarətini artırmaq üçün çalışır. Bu məqsədlə bir neçə gündür Ayn əl-Arab (Kobani), Azez, Mari, Təl Rafet və Afrini ələ keçirmək üçün plan qurur.
İŞİD-in taktika dəyişiklikləri arasında gövdə nümayişlərinə son verilməsi, can itkisini minimuma endirmək üçün motosikletdən istifadəni artırmaq da var.
Nihad