İsrail Baş naziri Binyamin Netanyahu ölkəsinin mülki hədəflərə hücum, çox sayda uşaq və qadını öldürməsi səbəbiylə istintaqa başladan BMT İnsan Hüquqları Şurası barəsində "BMT-nin İnsan Hüquqları Şurasının günahsız vətəndaşları qorumaq missiyasına xəyanət edərək Terrorçu Haqları Şurasına çevrildiyi"ni deyib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı İŞİD, İranın nüvə proqramı, Fələstin və Həmas mövzularına toxunub.
Çıxışında İŞİD və bənzəri qurumların qarşılarına bütün dünyanı nəzarət altına almağı məqsəd qoyduğunu ifadə edən Netanyahu "İŞİD və Həmas eyni zəhərli ağacın budaqlarıdır və eyni fanatik təlimi mənimsəyirlər" deyib.
İranın nüvə proqramına da toxunan Netanyahu, İran prezidenti Həsən Ruhaninin sözlərinin "cəzbedici oyun" olduğunu deyib: "Bu sözlər yalnız embarqonun qaldırılması və İranın bombaya çatmasındakı maneələrin aradan qaldırılması məqsədilə istifadə edilir. İran atom bombasını əldə edincə bu sözlər bitəcək".
İranın nüvə proramının tamamilə zərərsiz hala gətirilməsini istəyən Netanyahu, "İŞİD-i məğlub edib İranın nüvə silah edə bilməsinə icazə vermək qarşıdurmanı qazanıb döyüşü itirməkdir" deyib.
Nihad