Əfqanıstanın yeni hökuməti bu gün Amerika Birləşmiş Ştatları ilə ikitərəfli təhlükəsizlik sazişi imzayacaq.
Bunu ABŞ prezidenti Barak Obamanın Baş müşaviri Con Podesta Kabildəki ABŞ səfirliyində keçirdiyi mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, Amerika hərbi kontingentinin 2014-cü il başa çatdıqdan sonra da Əfqanıstanda qalmasına imkan verəcək həmin sənədi Əfqanıstanın yeni prezidenti Əşrəf Qəni Əhmədzayın müşaviri imzalayacaq.
Əhmədzayın sələfi Həmid Kərzai bu razılaşmanı imzalamaqdan imtina etmişdi.
NATO hərbi kontingentinin böyük hissəsi bu ilin sonunadək Əfqanıstanı tərk edəcək, missiya başa çatdıqdan sonra ölkədə yalnız 9800 amerikalı hərbçi qalacaq./anspress/