8 Aprel 2020 08:05
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlarda növbəti həftə ağır olacaq, ancaq koronavirusun yayılması ilə bağlı vəziyyət tədricən yaxşılaşmağa başlayacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə qeyd edib.

"Ümid edirəm ki, növbəti həftə ərzində - bu, çox vaxt aparmayacaq - vəziyyət əks tərəfə inkişaf etməyə başlayacaq", - dövlət başçısı əminliyini ifadə edib.

"Hətta bu ağrılı həftə zamanı biz ümid hissinin inandırıcı işıltılarını müşahidə edirik. Bu həftə çox ağır olacaq. Növbəti həftə, ən azı növbəti həftənin bir hissəsi və ehtimal ki, bütün həftə ağır olacaq. Bilirsiniz, əgər bir insan ölürsə, onda bu ağrılı həftədir", - Tramp əlavə edib.

Qeyd edək ki, Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı 12 min 21 nəfər təşkil edir. Ölkədə koronavirusa təsdiq edilmiş yoluxma hallarının 383 min nəfərə çatıb, virusa yoluxmuş 20 min xəstə sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər