“İraq hökuməti ilə strateji dialoq iyun ayının ortalarında başlayacaq”.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verib.
O, Konqresin İraqdakı ABŞ hərbi qüvvələrinin geri çəkilməsi ilə bağlı qanun layihəsini təsdiq etməsindən sonra rəsmi Bağdadla müzakirə aparılacağını bildirib.
5200 Amerika hərbçisini geri çəkmək barədə Konqresin təklifini Prezident Donald Trampın rədd etdiyini xatırladan Pompeo İraqdakı hərbi qüvvələrin sayına dair açıqlama verməyib.