Xilasedicilər Çernobıl AES-nin təcrid zonasında üç meşə təsərrüfatı ərazisindəki yanğını söndürməyə davam edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Aprelin 4-də Vladimirovka kəndi yaxınlığındakı məcburi köçürülmə zonasında, 20 hektar ərazidə meşə yanğını başlayıb. Aprelin 7-də yanğının sahəsi 35 hektara qədər artıb.
Aprelin 5-də Ukrayna hüquq-mühafizə orqanları Kotovski meşəsindəki yanğında iştirak etməkdə şübhəli bilinən bir kişinin şəxsiyyətini müəyyənləşdirib. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun nüvə reaktorunda partlayış baş verib. Partlaylş nəticəsində Belarusda radiasiya çirklənməsinin ümumi sahəsi təxminən 46.5 min kvadrat kilometr (ümumi ərazinin 23%) təşkil edib.
Ukraynanın 12 bölgəsində ümumilikdə 50 min kvadrat kilometr ərazi radiasiyaya məruz qalıb.