12 Aprel 2020 23:49
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftə əvvəl yeni koronavirusa yoluxma ilə xəstəxanaya çatdırılan Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanadan evə buraxılsa da işinə qayıda bilməyəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə hökumət başçısının ofisi tərəfindən yayılan bəyanatda deyilir.

Bildirilib ki, Baş nazir xəstəxanadan evə buraxılıb.

Sənəddə deyilir ki, həkimlər qrupunun tövsiyəsi ilə Baş nazir dərhal işə qayıtmayacaq:

"Müqəddəs Tomas xəstəxanasında aldığı yüksək səviyyəli yardım üçün o, hər kəsə təşəkkür etmək istəyir. Düşüncələri artıq xəstəlikdən təsirlənən hər kəsin yanındadır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər