13 Aprel 2020 01:36
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin, amerikalı həmkarı Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz üçtərəfli telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, liderlərin əsas müzakirə mövzusu “OPEK plus”un yeni müqaviləsi ilə bağlı olub.

Dövlət başçıları qərarı dəstəkləyib və bu razılaşmanın böyük əhəmiyyətinin ifadə ediblər.

Həmçinin tərəflər strateji təhlükəsizliyin təminatı ilə bağlı aktual məsələləri müzakirə edib və bu yöndə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, “OPEK plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln.barel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib. “OPEK plus”un qərarına Azərbaycan da öz dəstəyini ifadə edib


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər