13 Aprel 2020 14:39
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən Teleqraf.com-a bildirilib ki, bu informasiyalar həqiqəti əks etdirmir.

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, səfirlikdən qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər