Ukraynanın təcrid olunmuş Çernobıl bölgəsində başlayan yanğın “Podlesnıy” radioaktiv tullantı anbarlarından iki kilometr aralıdadır və Pripyat şəhərinə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Yanğınlarının ümumilikdə Çernobıl AES-nin təcrid zonasında 4 meşəlik ərazidə qeydə alındığı deyilib.
Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko yanğınların Çernobıl Atom Elektrik Stansiyasının istisna zonasındakı nüvə tullantıları anbarlarına yayılması təhlükəsinin olmadığını söyləyib. Ukrayna Prezidenti Vladimir Zelenskinin Çernobıl zonasında baş verən yanğınlarla bağlı vəziyyəti izlədiyini deyib.
Yanğınlar fevralın 4-də başlayıb.