14 Aprel 2020 19:26
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Gümrü şəhərində iki polis əməkdaşı naməlum şəxslərin bıçaqlı hücumuna məruz qalıb.

Bu barədə “Şamşyan.com” portalı məlumat yayıb.

Bildirilir ki, polislər iki vətəndaşın kimliyini və sənədlərin mövcudluğunu müəyyən etmək istəyən zaman mübahisə yaşanıb.

Nəticədə vətəndaşlardan biri iki polisə bıçaqla xəsarət yetirib.

Olayı törədən şəxs zərərsizləşdirilib və polis şöbəsinə aparılıb.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər