Amerikalı hərbi mütəxəssislər Suriyanın cənubundakı Ət-Tanf dağı ətrafındakı ABŞ-ın nəzarətində olan ərazilərdə terror qruplaşmasının üzvlərinə təlim keçir.
Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı jurnalistlərə Suriya hökuməti qüvvələrinə təslim olan qanunsuz silahlı qrupun üzvləri bildiriblər.
Məlumata görə, ABŞ Silahlı Qüvvələri tərəfindən hazırlanmış 27 silahlı qruplaşma Suriya hökumət qüvvələrinə (Bəşər Əsəd) təslim olub.
Bundan sonra ABŞ-ın Suriyanın neft-qaz və nəqliyyat infrastrukturlarına qarşı təxribata hazırlaşdığı iddia edilib. Təslim olan silahlılar hazırda Suriya hökumət qüvvələrinin nəzarətində olan Palmiradadır.