Ermənistanın paytaxtı İrəvanda koronavirusdan ölüm hadisəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib.
O, ölən şəxsin 58 yaşında olduğunu bildirib.
Bu gün Ermənistanda 1201 nəfərdə koronavirus infeksiyası təsdiq edilib, 402 nəfər sağalıb, 19 xəstə ölüb.