Cütlük koronavirus pandemiyasından istifadə edərək 85 dollara toy təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu maraqlı hadisə Uqandada olub.
Maddi vəziyyəti yaxşı olmayan bəy koronavirusla əlaqədar küçəyə çıxmamaq qadağasını fürsətə çevirərək toya cəmi 85 dollar xərcləyib.
Qeyd edək ki, Uqandada koronavirus səbəbindən toyların 10 nəfərdən çox insanın iştirak etməməsi şərti ilə keçirilməsinə icazə verilir.
Meki Kamusimirre və Qrom Vilson toyu aylar əvvəl planlaşdırdıqları üçün onu təxirə salmayıblar. Cütlük hökumətin toy üçün tətbiq etdiyi 10 nəfərlik mərasim şərtlərinə də əməl ediblər. 85 dollara başa gəlmiş toy haqqında danışan Vilson deyib ki, Allahın planladığı tədbir əsla təxirə salınmaz.
Meki isə deyib ki, ərinin pulu yoxdur: “Durumumuz yaxşı deyil. Bu səbəbdən Tanrının çox pul xərcləmədən böyük bir addIm atmağımıza yardımçı olduğunu düşünürük”.