21 Aprel 2020 08:44
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 20-də Körfəz ölkələrində COVID-19 virusuna yoluxma və ölüm halları artıb.

Teleqraf.com xəbər verir ki, son sutka ərzində Səudiyyə Ərəbistanında koronavirusa 1122 nəfər yoluxub, 6 ölüm faktı qeydə alınıb. Beləliklə, Krallıqda indiyədək COVID-19 virusuna yoluxanların sayı 10 484 nəfərə çatıb, 103 pasiyent isə həyatını itirib.

Ötən sutkada ən çox yoluxma halı (402 nəfər) Məkkədə qeydə alınıb.

Məkkə və Mədinədəki iki müqəddəs məsciddə Ramazan ayı boyunca itikaf (Allaha yaxın olmaq üçün məscidin daxilində bir müddət qalmaq), həmçinin ibadət, o cümlədən Təravih namazı qadağan edilib.
Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi son sutka ərzində 484 nəfərin koronavirusa yoluxduğu, iki insanın isə öldüyü barədə məlumat yayıb. Bu ölkədə indiyədək COVID-19 virusuna 7625 yoluxma, 39 ölüm faktı qeydə alınıb.

Digər Körfəz ölkələrində də koronavirusa yoluxma və ölüm halları artıb. Aprelin 20-də Küveytdə COVID-19 virusuna 80 nəfər yoluxub, iki insan isə həyatını itirib. Bu ölkədə indiyədək koronavirusa 1995 yoluxma, 9 ölüm faktı qeydə alınıb.

Qətərdə isə son sutkada 567 yoluxma, 1 ölüm halı qeydə alınıb. Bu ölkədə indiyədək koronavirusa 6015 nəfər yoluxub, 9 insan isə həyatını itirib.


Müəllif: Mənbə/Azərtac

Oxşar xəbərlər