21 Aprel 2020 15:26
2 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Baş naziri Skott Morrison ölkəsinin koronavirusun yayılması məsələsində dönüş nöqtəsinə çatdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, Baş nazir deyib:

“Mən hesab edirəm ki, biz artıq dönüş nöqtəsinə çatmışıq”.

Onun sözlərinə görə, Avstraliya koronavirusla mübarizə məsələsində artıq “geriyə dönüş yolundadır”.

Baş nazir hökumətin aprelin 25-dən sonra xəstəxanalarda planlaşdırılmış bir sıra əməliyyatlara qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəldiyini açıqlayıb.

Qeyd edək ki, aprelin 9-da Monaş Universiteti və Melburndakı Kral Xəstəxanasından olan avstraliyalı alimlər ivermektin preparatının koronavirus infeksiyası ilə təsirli mübarizə apara biləcəyini açıqlamışdılar.


Müəllif: Səxavət

Oxşar xəbərlər