22 Aprel 2020 08:05
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Əlaqələr üzrə İdarəsinin məlumatında bildirilir.

Qeyd edilir ki, dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizə üzrə beynəlxalq səyləri müzakirə ediblər.

Liderlər telefon danışığında həmçinin ikitərəfli əlaqələr və regional proseslər haqqında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com