ABŞ-ın Missuri ştatı yeni növ koronavirus haqqında dünyaya yalan məlumat verən Çin hökumətini məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, ştatın Baş Prokurorluğu Çin hökuməti və Çin Kommunist Partiyasının epidemiya ilə bağlı “məlumatı gizlədiyi, xəbər verənləri həbs etdiyi və xətəliyin yoluxma yolu ilə keçdiyini inkar etməsi”səbəbləri ilə bu müraciəti edib.
Çinin bu hərəkətlərinin Missuri ştatında insan itkiləri və ciddi iqtisadi problemlərə yol açdığı qeyd edilən iddianamədə “Çin hökuməti koronavirus təhlükəsi və yoluxdurucu xəstəlik olması haqda dünyaya yalan söyləyib və xəstəliyin yayılmasını dayandırmaq üçün heç bir addım atmayıb. Onlar bu işlərə görə cavabdeh elan olunmalıdır” fikirləri ifadə edilib.
Qeyd edək ki, Konqresin Nümayəndələr Palatasının 22 respublikaçı üzvü ABŞ administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsində Çinə qarşı iddia qaldırılmasını tələb edib.