Dünya ölkələri yeni tip koronavirusla bağlı hər gün ölüm və yoluxma hallarına dair son statistik məlumatları paylaşır.
Teleqraf.com xəbər verir ki, virusun ilk ortaya çıxdığı Çin isə 6 gündür ölkədə koronavirusla əlaqədar ölüm halları haqqında məlumat yaymır.
Bu günə qədər Pekin hökumətinin açıqladığı statistikaya əsasən, ölkədə 4632 nəfər virusdan vəfat edib, 82798 nəfərdə isə yoluxma faktı aşkarlanıb.
Ötən həftə Çin qəfildən koronavirus səbəbindən vəfat edənlərin siyahısına 1200 nəfər əlavə edib. Bu, beynəlxalq ictimaiyyət tərəfindən ciddi şübhə ilə qarşılanıb. Son 6 gündə isə rəsmi Pekin koronavirusdan vəfat edənlərlə bağlı informasiya vermir.
Mütəxəssislər hesab edirlər ki, rəsmi Pekinin bu davranışı iki səbəbdən ola bilər. Birincisi, Çin növbəti açıqlamasında ölüm halları ilə bağlı minlərlə insanın vəfat etməsini açıqlaya bilər.
İkincisi, Çin artıq pandemiya ilə bağlı statistika dəftərini birdəfəlik qapadıb.