24 Aprel 2020 13:15
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada son sutka ərzində yeni növ koronavirus COVID-19-dan 60 nəfər dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə operativ qərargahdan məlumat verilib.

“Son sutka ərzində 60 nəfərin koronavirusdan ölməsi qeydə alınıb. Ümumilikdə Rusiyada 615 nəfər koronavirus səbəbindən vəfat edib”, – deyə “RİA Novosti” bildirir.

O da bildirilir ki, ötən sutka ərzində Rusiyada 677 nəfər koronavirusdan sağalıb, ümumilikdə 5568 xəstəxanadan evə buraxılıb.

Sutka ərzində Rusiyanın 82 bölgəsində COVID-19-a 5849 yoluxma hadisəsi qeydə alınıb.

Qeyd edək ki, bundan bir gün əvvəl Rusiyada koronavirus diaqnozu ilə 42 nəfərin öldüyü bildirilmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər