24 Aprel 2020 17:14
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Avropa İnsan Hüquqları Məhkəməsinın 2017-ci ildə açıqladığı qərara uyğun olaraq Azərbaycan Ali Məhkəməsi tərəfindən “Respublikaçı Alternativ” Partiyasının sədri İlqar Məmmədov barəsində verilən bəraət qərarını alqışlayır.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a daxil olan açıqlamada bildirilib.

Səfirlik, həmçinin, hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarının verilməsini alqışlayib:

“Səfirlik jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, habelə söz azadlığı hüququndan istifadə edən siyasi müxalifət üzvlərinin həbsinin sonu üçün atılan müsbət addımları alqışlamağa hazır olduğunu bildirir. Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən, həm də başqa məsələlərlə bağlı dialoq üçün hazır olduğumuzu bəyan edirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər