Koronavirus pandemiyası qarşısında aciz qalmış ölkələr sırasında olan Böyük Britaniyada ortaya çıxan yeni faktlara görə, hökumət gözlənilən epidemiyaya qarşı 1 il əvvəl xəbərdarlıq edilibmiş. Həmin sənəddə qeyd olunub ki, epidemiya 3 dalğada baş verə, 65 mindən çox insanın tələfatına səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, ingilis hökumətinin 1 il əvvəl xəbərdarlıq edildiyinə dair qeydləri “Qardian” qəzeti əldə edib.
Hökumətin elm üzrə məsləhətçilərindən olan Patrik Vallankın imzaladığı sənəd “2019-Milli Təhlükəsizlik Risk Qiymətləndirməsi” adlanır. Sənəd ötən il nazirlərə təqdim edilib və onlara “qrip tipli pandemiya” haqqında xəbərdarlıq edilib.
Həmin ərəfədə hökumət “Breksit” prosesinə fikrini cəmlədiyindən bu məsələni diqqətə almayıb.
Lazımı avadanlıq əldə edilməsi, sosial tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd edilən 600 səhifəlik hesbatda pandemiya haqqında aşağıdakı xəbərdarlıq yer alıb:
- Pandemiya üç dalğada müşahidə edilə, hər biri 15 həftə çəkə bilər. Bu dalğaların zirvəsi 6 və 7 həftə kimi proqnozlaşdrıla bilər.
- Əhalinin 50 faizi bir neçə dalğa səbəbindən virusa yoluxa bilər. Asimtomatik xəstələr səbəbindən say yüksələ bilər.
- Epidemiya müddətində ölkə çapında 65600 nəfərin ölümünə yol aça bilər.
- Epidemiyanın Birləşmiş Krallığın iqtsadiyyatına 2,3 tirlyon fund-sterlinq zərəri ola bilər.
- Epidemiyadan sonra səhiyyə sisteminin düzəlməsi aylar, hətta illər sürə bilər.