Yaponiyanın mərkəzi hissəsində 4,8 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, zəlzələ yerli vaxtla səhər saat 9:49 dəqiqədə qeydə alınıb.
Yeraltı təkanların episentri Tokio yaxınlığındakı İbaraki prefekturasında, ocağı 70 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunsa da, zəlzələdən bir neçə dəqiqə sonra ləğv edilib.